Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Barselona”nın qonağı olan “Qalatasaray” bu gün Türkiyəyə qayıdacaq.
 
Apasport.az saytının məlumatına görə, “cim-bom”un dönüş proqramında dəyişiklik edilib.
 
Heyət səhər saatlarında Barselonanı tərk etməli olsa da, İstanbuldakı əlverişsiz hava şəraiti səbəbindən uçuş təxirə salınıb. Komandanı vətənə gətirəcək təyyarə Bakı vaxtı ilə saat 19:30-da Barselonadan ayrılacaq və İstanbula deyil, İzmirə uçacaq.
 
Qeyd edək ki, “Nou Kamp”da keçirilən oyun qolsuz bərabərliklə yekunlaşıb. Cavab görüşü martın 17-də İstanbulda baş tutacaq.

Baxış sayı: 3979 | Tarix: 11.03.2022
Bizi Telegramda izləyin: @repostaz