“Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraqdar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.
 
RePost.Az xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.
 
“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - vurğulayıb.

Qeyd edək ki, "Qızıl Alma" termin olaraq mifoloji kökləri olan, türk tarixi ilə əlaqədar bir məfhumdur. Türk mifologiyasında “qızıl alma” türklərin, xüsusən də oğuz türklərinin haqqında düşündükcə uzaqlaşan və uzaqlaşdıqca da cazibəsi artan qayə və xəyalları simvolizə edir. Türk millətçilərinin məşhur simvolu olan “qızıl alma” obrazı türk dövlətlərinin hədəf və məqsədlərinin simvoludur. Və əsasən fəth edilməsi lazım olan, arzulanan torpaqlar kimi anlaşılır. Bəzi vaxtlarda bu obraz dünya hakimiyyətini simvollaşdırıb. Osmanlı fəthləri dönəmində “qızıl alma” Avropa yürüşünün simvollarından biri olub. Daha çox yeniçərilər arasında məşhur olub.

Baxış sayı: 4321 | Tarix: 12.03.2022
Bizi Telegramda izləyin: @repostaz