Hərbi xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynada 3700-ə yaxın hərbi obyekti məhv edib.
 
Bu barədə bu gün jurnalistlərə RF Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
 
Onun sözlərinə görə, 99 təyyarə, 128 pilotsuz uçuş aparatı, 1194 tank və digər zirehli döyüş maşını, 121 reaktiv yaylım atəşi sistemi, 443 səhra artilleriya və minaatan qurğusu, 991 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Baxış sayı: 3713 | Tarix: 13.03.2022
Bizi Telegramda izləyin: @repostaz