Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
 
APA Anadolu agentliyinə istinadla bildirir ki, media üçün qapalı keçirilən görüş İstanbulda baş tutub.
 
Bununla bağlı Türkiyə Prezidenti Administrasiyasından açıqlama verilib.
 
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər, o cümlədən geosiyasi proseslər və Rusiya-Ukrayna böhranı müzakirə olunub.

Baxış sayı: 3922 | Tarix: 13.03.2022
Bizi Telegramda izləyin: @repostaz