Ötən sutka ərzində Rusiya aviasiyası və hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 16 hərbi təyyarəni, o cümlədən 13 pilotsuz uçuş aparatını vurub.
 
RePost.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib:
 
“Ümumilikdə, son sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri 16 hava hədəfini vurub. Ukrayna Hərbi Hava Qüvvələrinin bir "Su-24" və "Su-25" təyyarəsi, bir "Mi-8" helikopteri və altısı “Bayraktar TB-2” olmaqla, on üç pilotsuz uçuş aparatını vurub.
 
Bundan əlavə, Ukraynanın 136 hərbi obyektini, o cümlədən yeddi komanda-idarəetmə mərkəzi və rabitə mərkəzini, dörd zenit-raket kompleksini, üç reaktiv yaylım atəşi sistemini, kəşfiyyat üçün dörd radar stansiyasını, "S-300" zenit-raket kompleksini, bir elektron döyüş stansiyası, dörd silah-sursat anbarı və 72 hərbi texnikasını sıradan çıxarıb".

Baxış sayı: 3637 | Tarix: 15.03.2022
Bizi Telegramda izləyin: @repostaz