Niderlandın yüksək tirajlı qəzetlərindən olan "Algemeen Dagblad"da dərc olunan məqalədə Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçi rolu yüksək qiymətləndirilib.
 
RePost.Az xəbər verir ki, sülhün bərqərar olması üçün böyük səylər göstərən Prezident Rəcəb Tayyip Ərdoğanın diplomatik uğuru isə xüsusi qeyd edilib.
 
"Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsinə son qoyulması və sülhün təmin edilməsi istiqamətindəki fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülə bilər. Bu, kimin ağlına gələrdi?" - deyə məqalədə qeyd olunub.
 
Qeyd edək ki, Türkiyənin vasitəçiliyindən sonra Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda sülh danışıqları üçün görüş keçirib. Görüşdən sonra həm Rusiya, həm də Ukraynadan müsbət mesajlar səslənib.

Baxış sayı: 4226 | Tarix: 31.03.2022
Bizi Telegramda izləyin: @repostaz