Türkiyənin Pilotsuz Uçuş Aparatları (PUA) yeni nəsil, son texnologiyaların istifadəsi ilə ROKETSAN şirkəti tərəfindən istehsal edilən “Çakır” qanadlı raketlərlə təchiz ediləcək.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
 
O qeyd edib ki, raket tamamilə yerli texnologiyalardan istifadə olunaraq istehsal edilir.
 
Raketin bu il “Akıncı” PUA-sı vasitəsilə sınaq atəşi həyata keçiriləcək, tam şəkildə inteqrasiyası isə 2023-cü il üçün nəzərdə tutulub.

Baxış sayı: 3846 | Tarix: 31.03.2022
Bizi Telegramda izləyin: @repostaz