Rusiya Silahlı Qüvvələrinin Ukraynada itkilərinin yeni sayı açıqlanıb.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
 
Qeyd edilib ki, indiyədək 18 300 hərbçi zərərsizləşdirilib.
 
Bundan başqa, Rusiya tərəfinin 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd helikopteri, 1273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 92 ədəd dronu və 4 operativ-taktiki raket komplesi məhv edilib.
 
Rusiya Müdafiəs Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, Rusiya hərbi aviasiyası ötən gecə Ukraynanın 14 hərbi obyektini vurub.
 
"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 14 hərbi obyektini vurub. Məhv edilən hərbi obyektlər arasında iki komanda məntəqəsi, Krasnoqorsk və Verxnetoretskoye vilayətlərində Buk-M1 zenit-raket komplekslərinin iki buraxılış qurğusu, bir artilleriya batareyası, iki raket və artilleriya silah və sursat anbarı, üç yanacaq anbarı, həmçinin altı dayan məntəqəsi və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
 
Konaşenkov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Nikolaev, Xerson, Kuraxovka, İndustrialnoe, Velikaya Novoselka yaşayış məntəqələrinin ərazilərində havada altı pilotsuz uçuş aparatını vurduğunu söyləyib.
 
Ümumilikdə, xüsusi əməliyyat başlayandan Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 392 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.

Baxış sayı: 5043 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz