Aprelin 9-dan Rusiya COVID-19-un yayılması ilə əlaqədar onlarla ölkəyə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətləri ləğv edəcək.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin "Vahid Rusiya" fraksiyası ilə görüşündə deyib.
 
O, bu gün aviasiya sənayesinin və vətəndaşların gözlədiyi müvafiq sənədi imzaladığını açıqlayıb: “Yoluxma səviyyəsi nisbəti azalır, bu, o deməkdir ki, Rusiya aviaşirkətləri üçün mövcud olan istiqamətləri genişləndirməyin vaxtıdır. Hazırda onlar 15 ölkəyə məhdudiyyətsiz uça bilirlər. İndi biz Argentina, Hindistan, Çin, Cənubi Afrika və digər dost dövlətlər də daxil olmaqla, 52 ölkə ilə uçuşları bərpa edirik”, - Rusiyanın Baş naziri əlavə edib.
 
Qeyd edək ki, uçuş məhdudiyyətinin götürüldüyü ölkələrin siyahısında Türkiyə də var.

Baxış sayı: 5214 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz