Ukrayna prezidenti V.Zelenski kütləvi qətllər törədilən Buça şəhərinə gəlib.
 
RePost.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna lideri məhv edilmiş Rusiya texnikası ilə dolu olan yola baxıb və yerli sakinlərlə söhbət edib.
 
Onun sözlərinə görə, Rusiya Ukraynada hərbi cinayətlər və soyqırım törədib.
 
Nəşrin müxbirinin "Rusiya ilə sülhü müzakirə etməyi hələ də mümkün hesab edirsinizmi"  sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh əldə etməlidir. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səyləri davam etdirəcəyik."

Baxış sayı: 3580 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz