Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
 
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
 
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
 
Bundan əlavə, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsi səbəbindən Şərq-Qərb marşrutu üzrə Xəzər dənizindən keçən Orta Dəhlizinin inkişafına ehtiyacın artdığını qeyd edib.

Baxış sayı: 4074 | Tarix: 04.04.2022
Bizi Telegramda izləyin: @repostaz