Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı azı 155 nəfər saxlanılıb.
 
RePost.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
 
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri eyni anda şəhərin 50-yə qədər küçə və prospektini bağlamağa cəhd göstərib.

Baxış sayı: 3751 | Tarix: 17.05.2022
Bizi Telegramda izləyin: @repostaz