Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.
 
Müdafiə Nazirliyindən RePost.Az-a verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.
 
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Baxış sayı: 2003 | Tarix: 18.05.2022
Bizi Telegramda izləyin: @repostaz