Dövlət Gömrük Komitəsinin bir sıra vəzifəli şəxslərinin həbsindən sonra bu qurumun rəhbəri Səfər Mehdiyev bu gün Prezident Administrasiyasına çağırılıb.
 
Səfər Mehdiyev PA rəhbərliyi tərəfindən qəbul edilib.
 
Məlumata görə, Səfər Mehdiyevin Administrasiyada qəbulu 2 saatdan artıq çəkib.
 
Qeyd edək ki, Gömrük Komitəsi büdcə öhdəliklərini yerinə yetirən qurum olsa da, ancaq fəaliyyətində ciddi ictimai narazılıqlar çoxluq təşkil edir.
 
Ötən 2 il ərzində gömrük orqanlarında bir neçə anti-korrupsiya əməliyyatları keçirilib.

Baxış sayı: 2041 | Tarix: 22.06.2022
Bizi Telegramda izləyin: @repostaz