Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
 
Aktyor 85 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Cüneyt Arkın əsl adı Fəxrəddin Cüreklibaturdur. O 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. Atası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur.
 
Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsinin məzunu olub. C.Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır. O, 500 filmdə rol alıb.

Baxış sayı: 3770 | Tarix: 28.06.2022
Bizi Telegramda izləyin: @repostaz