“Space” Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb. 
 
O, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb. Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib. Günel
Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib...

Baxış sayı: 255 | Tarix: 16.04.2026
Bizi Telegramda izləyin: @repostaz