Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın İrana səfəri başlayıb.
 
R.T.Ərdoğan sabah Tehranda keçiriləcək Astana prosesi dövlət başçılarının iclasında iştirak edəcək.
 
Qeyd edək ki, sammitdə Rusiya Prezidenti də iştirak edəcək.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüb.
 
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunur.
 
Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci Toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.
 
Türkiyə prezidentinin İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
 
İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə ayrıca görüşləri də gözlənilir.

Baxış sayı: 3105 | Tarix: 19.07.2022
Bizi Telegramda izləyin: @repostaz