Qırğızıstanın Çolpon-Ata şəhərində türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin 24-cü iclası keçirilir.
 
“Anadolu”ya xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov türk dövlətləri xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.
 
Görüşdə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov, Qazaxıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri Hakan Fidan və Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov iştirak edib.
 
Sadır Japarov çıxışında dərin tarixi bağların türk dövlətləri xüsusi xidmət orqanları çərçivəsində əməkdaşlığı gücləndirmək üçün sağlam bir təməl yaratdığını vurğulayıb.
 
Konfransın təhlükəsizlik sahəsində əməkdaşlıq üçün əhəmiyyətli bir platforma halına gəldiyini bildirən Japarov terrorçuluğa qarşı xüsusi xidmət orqanlarının mübarizə aparmasına diqqət çəkib:
 
“Bu təhdidlərə qarşı mübarizədə önəmli nəticələr əldə etmək ancaq sistematik çalışma, ortaq və koordinasiyalı səylərlə mümkündür”.

 


Baxış sayı: 3656 | Tarix: 26.07.2022
Bizi Telegramda izləyin: @repostaz