Rusiya FTX Ermənistan və İran sərhədində narkotik və psixotrop maddələrin İrandan Ermənistana keçirilməsi cəhdləri, habelə ekstremist və terror təşkilatlarının nümayəndələrinin sərhədi keçməsi nəticəsində yaranmış gərgin əməliyyat vəziyyəti barədə məlumat yayıb.  
 
Sərhəd İdarəsindən bildirilib ki, bu səbəbdən Meğri-Əkərək (Aqarak) avtomobil yolunun keçən hissəsində nəzarət gücləndirilib.  
 
Qeyd edək ki,  Mehri -Əkərək yolundan keçən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən saxlanılır, sənədləri yoxlanaraq buraxılır. Həmin yoldan isitifadə edən Ermənistan vətəndaşları narazılıqlarını ifadə ediblər. 
 
Hökumət isə hələlik heç bir izahat verməyib.

Baxış sayı: 5024 | Tarix: 08.08.2022
Bizi Telegramda izləyin: @repostaz