Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
 
65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.
 
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
 
Qeyd edək ki, daha sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) yarımfinala adlayıblar.
 
Azərbaycanın sərbəst güləşçiləri Turan Bayramov və Abubakr Abakarov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar. Daha əvvəl isə taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.

Baxış sayı: 2516 | Tarix: 10.08.2022
Bizi Telegramda izləyin: @repostaz