Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatdan sonra yaralanaraq döyüş meydanında qalan və daha sonra Azərbaycan hərbçiləri tərəfindən xilas edilən erməni əsgərin görüntüləri yayılıb.
 
Videonu “Caliber” yayıb.
 
Tiqran adlı erməni hərbçi hazırda hospitalda müalicə alır.
 
Görüntülərdə onunla olan dialoqu təqdim edirik:
 
- Tiqran, necəsən? Məni xatırlayırsan?
 
- Hə.
 
- Kiməm?
 
- Məni xilas edən adam.
 
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.
 
Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisələr zamanı ölkəsinin 135 hərbçi itirdiyini etiraf edib.
 
Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.
 
Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbi qulluqçusu şəhid olub.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 1927 | Tarix: 17.09.2022
Bizi Telegramda izləyin: @repostaz