24 Sentyabr “ Şağan Olimpiya Mərkəzində” Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, MCM Fight Promotion və TGA Promotion and Managementin birgə təşkilatçılığı ilə Peşəkar Boks gecəsi keçiriləcəkdir.
 
Bu gecədə 16 boksçu müxtəlif çəki dərəcələrində öz güclərini sınayacalar. Yarışda yerli boksçulardan savayı əcnəbi boksçularda iştirak edəcəklər.
 
Gecənin əsas döyüşü Azərbaycanlı İsyaev Seymur (8-0-0, 6 sı nokaut) ilə Pakistanlı Muhammad Bilal (10-2-1, 8 nokaut ) arasında UBO (Universal Boxing Organization) nun yüngül çüki üzrə Dünya kəməri uğrunda keçiriləcəkdir (UBO light weight World title).
Xatırladaq ki, UBO nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq döyüş təşkil olunur.
 
Azərbaycanlı boksçu qələbə qazanarsa, UBO nun dünya kəmərini qazanan ilk Azərbaycanlı olacaqdır.
 
Hər kəs yerli idmançılarımıza dəstək olmaq üçün bu peşəkar boks gecəsinə dəvətlidir.
 
Yarışın başlama vaxtı Bakı vaxtı ilə 19:00.

Baxış sayı: 3732 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz