Ukraynanın Xerson vilayətinə giriş mülki vətəndaşlar üçün 7 gün müddətinə bağlanıb.
 
Bu barədə Xersondakı rusyönümlü “rəhbər" Vladimir Saldo “Rossiya 24” kanalının efirində bildirib.
 
Onun sözlərinə görə, Xerson vilayətinin bütün hakimiyyət orqanları Dnepr çayının sol sahilinə keçir.
 
Saldo əmin edib ki, heç kim Xersonu Ukrayna qoşunlarına təslim etməyi planlaşdırmır.
 
"Mülki əhalinin Xerson vilayətinin ərazisinə girişi 7 gün müddətinə bağlanır. Vilayətə giriş yalnız komendaturanın verdiyi buraxılış vərəqəsi mümkün olacaq. Şəhərdə olan bütün güc strukturları, hərbi-mülki idarə, bütün bölmələr, bütün nazirliklər də Dneprin sol sahilə keçir”, deyə Saldo bildirib.
 
Vladimir Saldo onu da bildirib ki, Xerson şəhəri və vilayəti sakinlərinin təxminən 40%-i artıq bölgəni tərk edib.

Baxış sayı: 4986 | Tarix: 19.10.2022
Bizi Telegramda izləyin: @repostaz