“Jerusalem Post” qəzetinin və İsrail rəsmilərinin verdiyi hesabata görə, son illərdə İslam Respublikasından Suriyaya silah ötürülməsi üçün infrastrukturun təxminən 90%-i İsrail ordusu tərəfindən məhv edilib.
 
2020-ci ildən və SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin ölümündən sonra İsrail İranın Suriyadakı hərbi bazalarına çoxsaylı hücumlar həyata keçirib və bu, İslam Respublikasının uzunmüddətli planının iflasa uğramasına səbəb olub.
 
İsrailin əmniyət rəsmiləri ölkə ordusunun İslam Respublikasının hava yolu və Qırmızı dənizdən silah qaçaqmalçılığı yoluna güclü zərbə vurduğunu bildiriblər.

Baxış sayı: 3409 | Tarix: 24.10.2022
Bizi Telegramda izləyin: @repostaz