Yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
 
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Baxış sayı: 8976 | Tarix: 17.01.2023
Bizi Telegramda izləyin: @repostaz