Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.