Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
 
1-ci dərəcəli “Rəşadət” ordeni ilə
 
Tağıyev Vasif Natiq oğlu
 
“Vətən uğrunda” medalı ilə
 
Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)
 
İmanov Mahir Kamil oğlu.

Baxış sayı: 8273 | Tarix: 03.02.2023
Bizi Telegramda izləyin: @repostaz