Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla telefonla danışıb.
 
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Ərdoğana başsağlığı verib və kömək etməyə hazır olduğunu təsdiqləyib.
 
"Ərdoğan operativ reaksiyaya görə səmimi təşəkkürünü bildirib və bildirib ki, o, rusiyalı xilasedicilərinin köməyini qəbul etmək üçün göstəriş verib" ,- deyə Kremldən bildirilib.

Baxış sayı: 8273 | Tarix: 06.02.2023
Bizi Telegramda izləyin: @repostaz