Türkiyənin zəlzələ baş vermiş əyalətlərindən biri olan Şanlıurfada axtarış-xilasetmə işləri yekunlaşıb.
 
Bu barədə AFAD məlumat yayıb.
 
Qeyd olunub ki, sözügedən ərazidə çalışan qruplar dərhal axtarış-xilasetmə işlərinin aparıldığı digər vilayətlərə göndərilib.
 
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında və ondan 9 saat sonra baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 7,7 və 7,6 bal gücündə hiss olunub. Bu saata qədər zəlzələ nəticəsində 12 873 nəfər həlak olub.

Baxış sayı: 7171 | Tarix: 09.02.2023
Bizi Telegramda izləyin: @repostaz