ABŞ Prezidenti Co Bayden Kiyevə gedib.
 
Bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
 
Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə Kiyevin Mixaylovsk kilsəsində görüşdüyü bildirilib.
 
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında təkbətək görüş 40 dəqiqə davam edib.
 
"Mənin cənab prezidentlə təkbətək görüşüm 40 dəqiqə davam etdi və daha sonra geniş tərkibli görüşümüz oldu. İnanırıq ki, bu müzakirələr biz qələbəyə daha da yaxınlaşdırır", - Zelenski açıqlayıb.
 
ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə bu ölkəyə daha 500 milyon dollar yardım ayıracağını bildirib.
 
O cümlədən görüşdə Ukraynaya uzaq mənzilli raketlərin verilməsi müzakirə edilib.
 
Baydenin Ukrayna hərbi yardımla bağlı fevralın 21-də geniş açıqlama verəcəyi gözlənilir.
 
Yeni yardım paketinə döyüş sursatları, mərmilər, radar və tank əleyhinə sistemlər daxil olacaq.
 
ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərinin nəticəsi döyüş meydanında da hiss olunacaq.
 
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən amerikalı həmkarı Co Baydenlə görüşdən sonra birgə mətbuat konfransında deyib.
 
"Bu həftə artıq bizim dönməzliyimiz, Rusiya təcavüzünə qarşı mübarizəmizin bir ili tamam olur. Çox simvolikdir ki, biz cənab prezidentlə iki görüşlə dayanıqlılığımızı, əyilməzliyimizi gücləndiririk: mənim və komandamın dekabrda Vaşinqtona səfəri və bu gün prezident və onun komandasının Kiyevə səfəri. Bu səfərlərin nəticələri şübhəsiz ki, döyüş meydanında, əsgərlərimizin güclənməsində və ərazilərimizin azad edilməsində hiss olunacaq", - deyə Zelenski vurğulayıb.
 
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-dan onun ölkəsinə güclü hərbi dəstək paketi gözlədiyini açıqlayıb.
 
"Bu gün biz Ukraynaya tədarük edilə bilən uzaq mənzilli silahlar məsələsini də müzakirə etdik, həmçinin daha əvvəl tədarük edilməyən silahlar barədə danışdıq. Bu, çox vacibdir", - Zelenski bildirib.
O, Ukraynaya güclü müdafiə dəstəyi paketinin gözləndiyini açıqlayıb.
 
"Hazırda belə güclü bir paket Rusiyanın revanş cəhdlərinin heç bir şansının olmayacağına dair birmənalı siqnaldır. Biz birlikdə şəhərlərimizi, xalqımızı rus terrorundan qoruyacaq və qələbəmiz üçün təkanı gücləndirəcəyik", - Ukrayna Prezidenti vurğulayıb.
O bu gün müharibədə hadisələrin gələcək inkişafı və perspektivləri ilə bağlı ABŞ və Ukraynanın ortaq baxışlarının olduğu deyib.
 
"Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq", - Zelenski əlavə edib.
 
Rusiyanın Ukraynaya qəddar təcavüzünün ildönümünə yaxınlaşdığımız bir vaxtda mən Prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi təsdiqləmək üçün bu gün Kiyevdəyəm.
 
O, Ukraynanın zəif olacağını düşünən Vladimir Putinin yanıldığını qeyd edib.
 
“Putin təxminən bir il əvvəl işğala başlayanda Ukraynanın zəif olduğunu və Qərbin parçalandığını düşünürdü. O, bizdən üstün ola biləcəyini düşünürdü. Amma o, tamamilə yanılmışdı. Ötən il ərzində ABŞ görünməmiş hərbi, iqtisadi və humanitar dəstəklə Ukraynanın müdafiəsinə kömək etmək üçün Atlantik okeanından Sakit okeana qədər dövlətlərdən ibarət koalisiya qurdu və bu dəstək davamlı olacaq”, o qeyd edib.
 
Co Bayden isə bəyan edib ki, ABŞ və müttəfiq ölkələr Ukraynaya 700-dən çox tank verəcək.
 
O, ABŞ və 50 müttəfiq dövlətin Ukraynaya ümumilikdə, 700-dən çox tank, 1000-dən artıq zirehli texnika, 1000 artilleriya sistemi və 2 milyondan çox top mərmisi verəcəyini qeyd edib.
 

Baxış sayı: 9717 | Tarix: 20.02.2023
Bizi Telegramda izləyin: @repostaz