Aprel ayında Ramazan bayramı münasibətilə 4 gün qeyri-iş günü olacaq.
 
Belə ki, aprel ayının 21, 22-i Ramazan bayramı qeyd olunacaq. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel istirahət günüdür. Beləliklə də, aprel ayında 12 gün qeyri-iş günü olacaq.
 
Qeyd edək ki, hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində yerləşdirilir.

Baxış sayı: 5518 | Tarix: 22.03.2023
Bizi Telegramda izləyin: @repostaz