Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar. Onlar səmada qara halqanın peyda olduğunu görüblər.
 
Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər. Fövqəladə hallar xidməti isə hələ hadisə ilə bağlı açıqlama verməyib.

Baxış sayı: 5746 | Tarix: 28.03.2023
Bizi Telegramda izləyin: @repostaz