Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə “Güney Azərbaycan məsələsi beynəlxalq mediada” adlı dəyirmi masa keçirilib.
 
Görüşdə Azərbaycanda səfərdə olan güney azərbaycanlı fəallar Sadıq İsabəyli (Sedaqat Xaledi) və Çingiz Göytürk (Behruz Sultanpur), GünAz TV-nin rəhbəri Əhməd Obalı, həmçinin Azərbaycan ekspert və akademik icmasının nümayəndələrinin iştirakı ilə Güney Azərbaycanda baş verən etnik və mədəni diskriminasiya barəsində, həmçinin bu məsələlərin beynəlxalq aləmdə işıqlandırılması müzakirə olunub.
 
Qeyd edilib ki, Güney Azərbaycan məsələsi ilə bağlı İranda son dövrlərdə baş verən proseslər – xalq etirazları, ekoloji fəlakətlər, etnik diskriminasiya həmin ölkədə yaşayan milyonlarla azərbaycanlının mövcud vəziyyəti və gələcək taleyi ilə bağlı böyük narahatlıq yaradır.
 
İran cəmiyyətində sayca və keyfiyyətcə üstün mövqedə olan azərbaycanlılar hələ də bir çox hallarda fundamental insan hüquqlarından məhrum olur və etnik ayrı-seçkiliyə məruz qalırlar.
 
Ümumilikdə, İran və orada daxili dinamika beynəlxalq mətbuat tərəfindən işıqlandırılsa da, güney azərbaycanlıların problemləri gündəmə düşmür.

Baxış sayı: 28147 | Tarix: 18.04.2023
Bizi Telegramda izləyin: @repostaz