Ukrayna ABŞ, Niderland və Almaniyadan “Patriot” hava hücumundan müdafiə (HHM) sistemləri qəbul edib.
 
APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini, general-leytenant Aleksandr Pavlyuk “Telegram”da yazıb.
 
“Bu zenit-raket sistemləri Rusiyanın qanadlı raketlərindən və pilotsuz uçuş aparatlarından (PUA) qorunmağa imkan verəcək. Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiklərinə görə tərəfdaşlarımıza təşəkkür edirik! Birlikdə qələbəyə doğru!”, - Pavlyuk yazıb.

Baxış sayı: 7133 | Tarix: 19.04.2023
Bizi Telegramda izləyin: @repostaz