Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

RePost.Az xəbər verir ki, o, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın qələbə qazandığını bildirib.

Onun sözlərinə görə, səslərin 99,9 faizinin sayılmasından sonra Ərdoğanın 52,14, Kamal Kılıçdaroğlunun isə 47,86 faiz səs qazandığı məlum olub. Yener hələ sayılmayan səslərin də nəticəyə təsir etməyəcəyini vurğulayıb.


Baxış sayı: 6107 | Tarix: 29.05.2023
Bizi Telegramda izləyin: @repostaz