"Qarabağ" klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.
 
RePost.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi feysbuk hesabı paylaşım edib.
 
"Köhlən atlar" oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Baxış sayı: 17906 | Tarix: 31.05.2023
Bizi Telegramda izləyin: @repostaz