Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
 
Bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, Vladimir Putin ölkədəki vəziyyət barədə Qazaxıstan Prezidentinə məlumat verib.
 
Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Rusiyada konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.
 
Putin Qazaxıstanın Rusiyadakı mövcud vəziyyətə anlayışla yanaşmasına görə təşəkkür edib.
 
Bundan başqa Putin Özbəkistan  və Belarus liderləri ilə də telefon danışğı olub.

Baxış sayı: 8881 | Tarix: 24.06.2023
Bizi Telegramda izləyin: @repostaz