“Qarabağ” daha bir futbolçusu ilə vidalaşıb.
 
Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.
 
Ağdam təmsilçisi Qara Qarayevlə vidalaşıb. Uzun müddətdir komandadan ayrılaraq “Neftçi”yə keçəcəyi gözlənilən 31 yaşlı yarımmüdafiəçinin “Qarabağ”dan gedişi rəsmiləşib.
 
Qeyd edək ki, Qara karyerası ərzində yalnız yetirməsi olduğu “Qarabağ”da forma geyinib.

Baxış sayı: 18685 | Tarix: 24.07.2023
Bizi Telegramda izləyin: @repostaz