Müğənnilər Sevil Sevinc bacıları sosial şəbəkədə arxiv görüntülərini paylaşıblar.
 
BAKU.WS xəbər verir ki, sənətçilər 11 il əvvəlki videolarını paylaşaraq xarici görünüşlərindəki dəyişiklikdən bəhs ediblər:
 
“İl 2012... 300 AZN yığıb ən sevdiyimiz Elçin Cəfərovun bəstəsini aranjeman etdirdik. Keçək görünüşə... Bu saç rəngi dəyişdirilməməli idi. Bu “novostroyka” saç düzümü yenə də olmalıdır. Çayın istiliyini ağzımdan öncə yoxlayan burun kəsilməməli idi. Bu libas bu gün kimi yadımdadır. Anam tikmişdi. O qədər sevirdik ki, hər konsertə geyinirdik. İndi siz deyin, dəyişməklə doğrumu etmişik?".

Baxış sayı: 22086 | Tarix: 21.08.2023
Bizi Telegramda izləyin: @repostaz