Bu gün saat 10:00-da Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Bu barədə Azəriqaz İB məlumat yayıb.
 
Məlumatda deyilir ki, Sumqayıt QTM-dən qidalanan orta təzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və “Sabunçu ümumi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı 29.08.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
 
Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Baxış sayı: 6107 | Tarix: 29.08.2023
Bizi Telegramda izləyin: @repostaz