“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə vidalaşıb.
 
Bu barədə Ağdam təmsilçisi rəsmi səhifəsi vasitəsilə məlumat yayıb.
 
Qolkiperə xidmətlərinə görə təşəkkür edilib.
 
Bildirilib ki, Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna transfer olunub.
 
Qeyd edək ki, qapıçı 2016-cı ildən “Qarabağ”da oynayırdı.

Baxış sayı: 16880 | Tarix: 08.09.2023
Bizi Telegramda izləyin: @repostaz