Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 13-cü WSF Dünya Çempionatında iştirak edən Azərbaycan idmançıları növbəti uğura imza atıblar.
 
RePost.Az saytı xəbər verir ki, yarışda Milli komandamizin kapitanı Şahin Atamovun yetirməsi olan azərbaycanlı bacı-qardaş Dəniz və Ayxan Nəcəfli Dünya Çempionatının ən yüksək titullarına layiq görülüblər. 
 
8-9 yaş qruplarında çıxış edən Ayxan Nəcəfli 40 kq çəkidə bütün rəqiblərini üstələyib. 
 
6 döüyşdə bütün rəqiblərini məğlub edərək birinci yerə çıxan Ayxan, Dünya Çempionu tituluna və qızıl medala layiq görülüb.
 
Ayxanın bacısı Dəniz Nəcəfli isə 10-11 yaş qruplarında fərqlənib və Dünya Kubokuna layiq görülüb. Belə ki, Dəniz Nəcəfli komanda döyüşlərində gümüş, WKF və Şobu ippon yarışlarında bürünc medal qazanıb.
 
Xatırladaq ki, Ayxan və Dəniz Nəcəfli bundan öncə də bir sıra beynəlxalq və yerli əhəmiyyətli yarışlarda birinciliklər əldə ediblər.
 
Dəniz isə aprelin 28-30-da Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə 13-cü Avropa Çempionatında Azərbaycan Bayrağının ən zilvədə dalğalanmasına nail olaraq Avropa Çempionu tituluna və Dunya Kubokuna layiq gorulub.

Baxış sayı: 18628 | Tarix: 13.09.2023
Bizi Telegramda izləyin: @repostaz