Bu il oktyabrın 1-dən Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 31 təyyarə və üç helikopteri məhv edib.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
 
İdarənin bildirdiyinə görə, söhbət 20 MiQ-29, səkkiz Su-25 hücum təyyarəsi, bir Su-24 bombardmançı, iki L-39 döyüş təlim təyyarəsi və üç Mi-8 helikopterindən gedir.

Baxış sayı: 7931 | Tarix: 28.10.2023
Bizi Telegramda izləyin: @repostaz