Ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilib.
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat da reallaşıb.
 
Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisi oğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.
 
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərilib. Federasiyanın mətbuat xidmətindən bildirilib ki, hər şey rəsmi şəkildə açıqlanacaq.
 
 
Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. Onun cüdo yığması ilə imzaladığı müqavilədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb. 

Baxış sayı: 16329 | Tarix: 31.10.2023
Bizi Telegramda izləyin: @repostaz