16.11.23-cü il tarixində Bakı-Qazax yolunun 29,5-ci km-liyində (Bakı istiqaməti) 328.2. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə, barəmdə protokol tərtib olunub. Dünən həmin əraziyə baş çəkdim. Həqiqətən də orada sürət həddi 70-ə endirilib və radar qoyulub, amma...


...Amması da ondan ibarətdir ki, orada radarın quraşdırılması qanunsuzdur və heç bir əsası yoxdur. Çünki o radar orda Qazax istiqamətdində yolun sağında, #MÜHAFİZƏ #ZOLAĞINDA tikilmiş "Qaradağ" marketə görə quraşdırılıb (Magistral yolllarda mühafizə zolağı 60 metrdir). Qanunla o market oradan sökülməli olduğu halda, bizim yol polisimiz marketdən magstralın hər iki istiqamətində hərəkət edənlərin alış-verişi üçün hər cür şərait yaradır.


Mən şəxsən bu gün şikayətimlə bağlı mənimlə əlaqə saxlayan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kapitanı, cənab ZEYNALOVun izahatından sonra bu qənaətə gəlmişəm.


Onun rəyini qeyd edib sonra şərhimə keçəcəm. Yəqin ki, telefon danışığımız qeyd edilirdi. Əgər bir yanlışlığım olsa, əlaqə saxlayarlar düzəliş edərəm. Cənab ZEYNALOV təxminən belə bir ifadə işlətdi. "Həmin ərazidə, yolun sağında "Qaradağ" marketə görə, Kamaz sürücüləri maşınlarını saxlaylıb MÜƏYYƏN OLUNMAYAN YERDƏN KEÇDİKLƏRİNƏ görə dəfələrlə ağır qəzalar baş verib. Ona görə də qanunvericiliyin tələblərinə uyğun olaraq orada sürət həddi 70-ə endirilib və radar qoyulub".


Hörmətli #ZEYNALOVun şərhindən belə çıxır ki, KamAZ sürücüləri müəyyən olunmayan yerdən tullana-tullana yol keçəcəklər deyə kimin kefi harada istəyir sürət həddini endirəcək və radar qoyacaq? Halbuki Bakı-Qazax yolunun həmin ərazisində sürət həddi Sahil qəsəbəsinədə 110km/saat, Sahil qəsəbəsində 90 km/saatdır. Qaydalara görə, yaşayış massivinin bitməsini göstərən lövhədən sonra məhdudiyyətlər qüvvədən düşür və sürət əvvəlki həddə -110 km/saat-a qaytarılmalıdır. Lakin burada tərsinədir. Qəsəbədə sürət həddi 90, qəsəbədən sonra heç bir səbəb olmadan təxminən 200-300 metrlik məsafədə 70 endilir, radardan 100 metr sonra isə yenidən 110 km/saata qaytarılır.


Problem də ondadır ki, həmin ərazidə Bakı istiqamətində radarın quraşdırılması üçün heç bir əsas yoxdur. Çünki o ərazidə yolun sağı (Bakı istiqaməti) boş ərazidir. Kapitan ZEYNALOVUN dediyi kimi, KamAZ sürücülərinin Bakı istiqamətində yolun sağında maşınlarını saxlayıb "Qaradağ" marketə keçmələri üçün heç bir piyada zolağı da çəkilməyib.


Hərmətli Elşad Hacıyev, Rövşən Tağıyev ümid edirəm ki, bu məsələ rəhbərliyə məruzə ediləcək və qanunsuzluq aradan qaldırılacaq.


Yox, əgər Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi yük maşınının sükanı arxasında əyləşən 3-5 nəfərə və hansısa marketə görə tənzimlənirsə, onda zəhmət çəkin, radardan əlavə ora piyada zolağının çəkilməsini və piyada keçidi nişanı da quraşdırılmasını, həmçinin Bakı-Qazax yolunun 29.5-ci km-liyində, magistral yolun MÜHAFİZƏ ZOLAĞINDA tikilmiş "QARADAĞ" MARKETİN kimə aid olduğunu da açılayın ki, bizdə ona görə avtomobil idarə edək. Bilək, filankəslərə məxsus marketlərə görə magistral yolun hər iki istiqamətində sürət həddi endilir və magistral yolda istiqamətləri ayırmaq üçün quraşdırılmış beton piltələrin üstündən tullanmaqla həm özlərini , həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq qayda pozuntusu deyil.

Zülfüqar Xeyirxəbər


Baxış sayı: 6430 | Tarix: 28.11.2023
Bizi Telegramda izləyin: @repostaz