"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
 
Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
 
Qərara əsasən, Əziz Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.

Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə - yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Baxış sayı: 4967 | Tarix: 28.11.2023
Bizi Telegramda izləyin: @repostaz