Dövlət Sərhəd Xidmətinin (DSX) Kütləvi informasiya vasitələri ilə iş şöbəsin rəisi Aftandil Abbasovun rütbəsi artırılıb.
 
Bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
 
Əmrə əsasən A.Abbasova polkovnik hərbi rütbəsi verilib.
 
Qeyd edək ki, Aftandil Abbasov KİV ilə iş şöbəsinin rəisi vəzifəsinə ötən ilin iyul ayında təyin edilib.

Baxış sayı: 4739 | Tarix: 29.11.2023
Bizi Telegramda izləyin: @repostaz