Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb.
 
Bu barədə Prezident Administrasiyası məlumat yayıb.
 
Qeyd olunub ki, danışıq zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.
 
Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.
 
Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.

Baxış sayı: 11883 | Tarix: 15.12.2023
Bizi Telegramda izləyin: @repostaz