Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında bu layihələr həyata keçiriləcək.
 
● Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
 
● Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək
 
● “Bakı-Sumqayıt” şosesində tıxac problemi aradan qaldırılacaq, paytaxtın yeni giriş-çıxış yolu yaradılacaq.
 
● M-1, M-3 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı” kənar xarici həlqəvi yolunun və “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulub.
 
● “Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanmasının təmin edilməsi, eləcə də strateji əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1 “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə “Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulub.
 
● Paytaxtın mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılıb
 
● Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:
 
● üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;
 
● funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları üçün cəlbedici olan);
 
● avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması (velosipedçilərin məlumatlandırılması).
 
Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:
 
● turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;
 
● şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici). Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:
 
● velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;
 
● velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;
 
● velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.
 
Gələcək inkişaf - 2027-ci il
 
● Şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 50 km/saat müəyyən edilməsi.
 
● Piyada zonasının genişləndirilməsi.
 
● İçərişəhərə bitişik ərazilərdə və piyada zonasında piyada hərəkətliliyi üçün imkanlarının genişləndirilməsi:
 
- avtomobil nəqliyyatından azad sakit küçənin yaradılması ilə piyada zonasının İçərişəhər ərazisi ilə birləşdirilməsi;
 
- İçərişəhərə yaxın ərazilərin (şərq) avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
 
- yaxınlıqdakı yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə "Dağüstü park" (funikulyor ətrafı ərazi daxil olmaqla) ərazisinin İçərişəhər ilə əlaqələndirilməsi;
 
- İçərişəhərə bitişik ərazilərdən Nəriman Nərimanov prospektinə qədər yollarda sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi.
 
● Magistral küçələrdə sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.
 
Gələcək inkişaf – 2040-cı il
 
● Bakının Mərkəzi Planlaşdırma Rayonunun digər hissələrində piyadalar üçün imkanlarının genişləndirilməsi:
 
- şimaldakı dar küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi;
 
- magistral küçələr kimi təsnif olunmayan, giriş-çıxış üçün üstünlük verilən və ya avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan və ya magistral küçələr arasında ayrıcı rolu oynayan küçələrdə sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi;
 
- magistral küçələrin digər hissələrində sistem təkmilləşdirmələrinin nəzərdə tutulması.
 
● Mövcud yerüstü və yeraltı piyada keçidlərində yenidənqurma işlərinin aparılması ilə müyəssərliyin təmin edilməsi (eskalatorların quraşdırılması və s.).

Baxış sayı: 4853 | Tarix: 08.01.2024
Bizi Telegramda izləyin: @repostaz