Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin dünya və bölgəmizdə sülh və yeni ümid mənbəyi olacağı şübhəsizdir.
 
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
 
O qeyd edib ki, Türkiyə bu prosesdə Azərbaycanla çiyin-çiyinə hərəkət edir:
 
“Qarabağda işğala son qoyulmaqla birlikdə bölgəmizdə tarixi bir fürsət pəncərəsi açılıb. Onun bağlanmaması çox önəmlidir. Ermənistanın bu prosesi dəyərləndirməsi lazımdır. Üçüncü tərəfləri isə prosesi zəhərləmək yerinə, müsbət addımlar atmağa dəvət edirəm”.

Baxış sayı: 3998 | Tarix: 19.02.2024
Bizi Telegramda izləyin: @repostaz